Hər şeyin, hər kəsin bir hekayəsi var. Mənim də, ağacların da...
TheWood isə ağacların hekayəsini görməyimiz üçün bir pəncərədir. Yaşamaq uğrunda yağışla, tufanla, küləklə, bir-birləri ilə savaşan bu canlıların hekayələri gövdələrinə yazılır. Bu yazılardan onların keçdiyi savaşlar, yaxınlığından axan çeşmələr hətta ətrafında bitən çiçəklər barədə də oxumaq olar. Müəllifin fikrincə, bu unikal və füsnkar yazılarla ifadə olunmuş, yüzilləri aşan bu hekayələr yandırılmaqdan və çürüməkdən daha çoxuna layiqdir. Müəllif, artıq ölmüş ağaclardan ən maraqlı hekayələri olanları seçib, onları öz təxəyyülündəki obrazlar şəklində canlandırır. Beləliklə, onlar, növbəti yüzillər boyunca da, hekayələrini minlərlə insana danışmaq şansı qazanır.